Dərmanlara yeni nəzarət sistemi yaradılır

Dərmanlara yeni nəzarət sistemi yaradılır
11:42 3 Noyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda milli farmakonəzarət sisteminin qurulması işlərinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənib.

Məlumatda bildirilir ki, hazırda farmakonəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa Birliyinin dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılıb.

Bir çox ölkələrin farmakonəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR