Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəni vuran terrorçular İranda yetişdiriləcək – ŞOK ZƏRBƏ

Türkiyəni vuran terrorçular İranda yetişdiriləcək – ŞOK ZƏRBƏ

Date: 3 November 2016 11:43

Qəndildə yerləşən PKK düşərgələrinin bir qismi İran ərazisinə köçürülüb.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Tehran buna terror təşkilatının Suriyada Əsədə, İraqda İbadiyə dəstək verməsi üçün razılaşıb: “PKK Qəndil dağının İran hissəsində üç düşərgə inşa edib. Terror təşkilatının rəhbər kadrları da 8 aydır Qəndilin İran tərəfinə keçiblər. Buna səbəb Türkiyə təyyarələrinin Qəndilin İraq hissəsindəki düşərgələri bombalamasıdır”.

Nəşr qeyd edib ki, İran sərhədləri daxilində qurulan düşərgələrdə helikopter dayanacağından tutmuş, elektrik stansiyasına qədər hər şey var.

“ABŞ və Avropadan gələn şəxslər PKK ilə görüşmək üçün İran və Ərbil marşrutundan istifadə edirlər. PKK-nın İranda qurduğu yeni düşərgələrdə 7 min terrorçunun olduğu deyilir”, - deyə məlumatda bildirilir.

Asif


Tags:  Türkiyəni vuran terrorçular İranda yetişdiriləcək ŞOK ZƏRBƏ

RƏYLƏR


Top news