Cennifer Lopez əndamı ilə amerikalılardan Klintona səs istədi - FOTOLAR

Cennifer Lopez əndamı ilə amerikalılardan Klintona səs istədi - FOTOLAR
11:48 3 Noyabr 2016
5419 Şou
Ölkə mətbuatı
A- A+

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun vəziyyəti ümidverici deyil, Donald rəqibini üstələyir, digər tərəfdən isə FTB “Elektron poçt” işi üzrə istintaqı yenidən qaldırdığı üçün onun qalib olmaq şanslarını azaldır.

Xatırladaq ki, Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, cari ilin iyulun 2-də FTB müstəntiqləri tərəfindən 3,5 saat dindirilib.

Bütün bunlarla yanaşı, hər yubkanın arxasınca qaçan Bill Klinton həyat yoldaşına əlavə xal gətirmir.

Bir çox Hollivud ulduzlarının sevgisi qazanan Hilari Klinton isə maraqlı addım atıb. Belə ki, o bir çox şou-biznes ulduzlarını öz tərəfinə çəkməklə bundan şou düzəldib.Bunun üçün o, seçkiqabağı Cennifer Lopez, J-zi və Keti Perinin iştirakı ilə 3 pulsuz konsert təşkil etməyə qərar verib. İlk konsert Mayamidə keçirilib: Cennifer Lopez və onun keçmiş əri Mark Entoni səhnəyə çıxıb. Səhnəyə çıxan 47 yaşlı ulduz mikrofonla bərkdən qışqıraraq amerikalıları düzgün namizədə səs verməyə çağırıb: “Biz yol ayrıcında dayanmışıq və ümumi gələcəyimiz naminə düzgün yolu seçməliyik”.

Amma Hillariyə dəstək üçün Ceylo bədən dilinə üstünlük verib. Ceylo səhnədə milyon dollarlıq sığortalanmış "ağır artilleriyadan", yəni, ombalarından istifadə edib. Nömrələrindən birini qara kupalnikdə ifa edən pop diva rəqsi ilə zalı coşdurub. Hilari Klintona dəstək naminə təşkil olunmuş konsertdə Cennifer qıvrılaraq obmalarını nümayiş etdirib.

Cennifer növbəti nömrəsi üçün də seksual səhnə kostyum seçib. O, bu dəfə də ombalarını açıq-aşkar nümayiş etdirib.

Tabloid.az












Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/174579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR