Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vyetnamla Azərbaycan arasında yükdaşımalarda yeni yol

Vyetnamla Azərbaycan arasında yükdaşımalarda yeni yol

Date: 3 November 2016 11:57

""Vyetnam Dəmir Yolları" yükdaşımaların daha effektiv həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır".

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov deyib.

Səfir deyib: "Şimal-Cənub", Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələrinin vacibliyini qeyd etmək lazımdır. Bu cür layihələrin reallaşdırılması Cənub-Şərqi Asiyada Avropaya yükdaşımaların müddətini və xərclərini kəskin şəkildə azalda bilər".

A.İmanovun sözlərinə görə, bu cür layihələr Vyetnamdan Azərbaycana və əks istiqamətdə yükdaşımaları sadələşdirə bilər və iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə yol açar.

Hazırda Vyetnamdan Azərbaycana yükdaşımalar əsasən dəniz yolu ilə həyata keçirilir.

Milli.Az


Tags:  Vyetnamla Azərbaycan arasında yükdaşımalarda yeni yol

RƏYLƏR


Top news