Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Evlənmək istəyən yüzlərlə şəxsdə xəstəlik aşkarlandı

Evlənmək istəyən yüzlərlə şəxsdə xəstəlik aşkarlandı

Date: 3 November 2016 12:08

Ötən ay nikaha daxil olmaq istəyən 10 min 177 nəfər tibbi müayinədən keçib.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.

Məlumata görə, ötən ay nikaha daxil olmaq istəyənlərin 421-də talassemiya daşıyıcılığı, 47-də siflis, 6 nəfərdə isə QİÇS xəstəliyinin olduğu aşkarlanıb. Ötən 3 cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub.

Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılandan bu vaxta qədər 207731 nəfər müayinədən keçib. Onlardan 9552 nəfərdə talasemiya daşıyıcılığı, 792 nəfərdə siflis, 139 nəfərdə isə QİÇS aşkarlanıb. Bu vaxta qədər maüyinədən keçənlərdən 74 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcılığı müəyyənləşib.

Gülxar


Tags:  Evlənmək istəyən yüzlərlə şəxsdə xəstəlik aşkarlandı

RƏYLƏR


Top news