Sumqayıt sakinlərinə şad xəbər: Piyada keçidi artıq hazırdır

Sumqayıt sakinlərinə şad xəbər: Piyada keçidi artıq hazırdır
12:09 3 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt yolunun 12-ci km-də ( “Xırdalan qəbiristanlığı” ) yerüstü piyada keçidi artıq hazırdır.

 

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, keçidin tikintisi demək olar ki, yekunlaşıb, son tamamlama işləri aparılır: “ Buna baxmayaraq vətəndaşlar artıq təhlükəsiz şəraitdə keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər”.

 

Qeyd edək ki, bu təmir işləri ilə bağlı artıq uzun müddətdir ki, Bakı-Sumqayıt yolunda tıxaclar əmələ gəlirdi. 

 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR