Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda FİLM KİMİ OĞURLUQ - Evi qarət etdikdən sonra izi itirmək üçün...

Azərbaycanda FİLM KİMİ OĞURLUQ - Evi qarət etdikdən sonra izi itirmək üçün...

Date: 3 November 2016 12:12

Bərdə rayonunda mütəşəkkil dəstə vətəndaşın evini qarət edərək yandırıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az


Tags:  Azərbaycanda FİLM KİMİ OĞURLUQ Evi qarət etdikdən sonra izi itirmək


RƏYLƏR


Top news