Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı

Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı
12:12 3 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yaxın köməkçisi Hum Abedinin həyat yoldaşı, keçmiş konqresmen Entoni Viner reabilitasiya mərkəzinə yerləşdirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, 15 yaşlı qızla intim yazışmaları ilə gündəmə gələn keçmiş konqresmen və Nyu-York meri postuna sabiq namizəd seksual asılılıqdan əziyyət çəkir. Hazırda ona reabilitasiya mərkəzində yardım göstərilir. 

Nəşr dəqiqləşdirib ki, klinikada xəstələr virtual seks asılılığından müalicə olunurlar. Bildirilir ki, kişi və qadınlar reabilitasiya mərkəzində ayrı-ayrı otaqlarda saxlanılırlar. 

Entoni Viner 15 yaşlı yeniyetmə ilə intim yazışmalarda ittiham olunur. Vinerin kompüterinin yoxlanılması zamanı mail poçtunda Hillari Klintonun elektron məktubları aşkar edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR