Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyindən RESEPT TƏLƏBİ

Səhiyyə Nazirliyindən RESEPT TƏLƏBİ

Date: 3 November 2016 12:13

Həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarında göstərilib.

Məlumatda bildirilib ki, xəstələr üçün də məlumat formaları hazırlanıb. Dərmanın əlavə təsirləri aşkar edildiyi halda vətəndaş AEM-in rəsmi internet saytındakı “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər. (www.pharma.az) Bu onu gostərir ki, Analitik Ekspertiza Mərkəzi fəaliyyətində daim vətəndaşlarla qarşılıqlı iş birliyinə üstünlük verir və onların təhlükəsiz dərman vasitələri ilə təminində nəzarəti daim gücləndirməkdədir.

Qeyd edək ki, bu ilin 9 ayında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə 224 nəfər kimyəvi zəhərlənmə ilə müraciət edib. Zəhərlənmə ilə müraciətlərin 130-140 nəfəri dərmandan allergik reaksiyalarla bağlıdır.


Tags:  Səhiyyə Nazirliyindən RESEPT TƏLƏBİ

RƏYLƏR


Top news