Aprel döyüşlərinə görə ləğv olunan konsert baş tutdu

Aprel döyüşlərinə görə ləğv olunan konsert baş tutdu
12:16 3 Noyabr 2016
50 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 28-də əməkdar artisti Gülüstan Əliyevanın “Payız Sevgisi” adlı solo konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, opera müğənnisi 20 illik yaradıcılıq gecəsini Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində təqdim edib. Konsert proqramında muğam kompozisiyaları, xalq mahnıları, bəstəkar mahnıları və s. yer alıb.

G.Əliyevanın bu konsert proqramı may ayı üçün planlaşdırdığı, lakin apreldə cəbhədə baş verən döyüşlərə görə ləğv etdiyi solo konsertidir.

Qeyd  edək ki, əməkdar artist 1997-ci ildən Azərbaycan Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə “Leyli və Məcnun” operasında Məcnunun anası rolunu oynayıb. “Leyli və Məcnun”da Leyli , “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, "Gəlin qayası”nda Sənəm, “Arşın mal alan”da Cahan, “O olmasın, bu olsun” da Sənəm, “Natəvan”da xanəndə qız obrazlarını yaradıb. Əməkdar artist həm də Azərbaycan Milli Konservatoriyasının muğam müəlliməsi və dosentidir. Eyni  zamanda Bakı Humanitar Kollecində də sənətini tədris edir.

Gənc bəstəkar Aysel Kərim saytımıza açıqlama verərək G.Əliyeva haqqında fikirlərini bölüşüb və onunla işbirliyindən danışıb:

"Əsl sənətkarlar sadə  və mehriban olur. Gülüstan xanımı yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, Gülüstan xanım məhz o sənətkarlardandır. Nə xoş ki, Gülüstan Əliyevanın  repertuarında mənim Rəşad Məcidin sözlərinə bəstələdiyim “Fərqi  Yoxdur “ adlı  mahnı da yer alır. Onunla əməkdaşlığımız davam etməkdədir. Bu, bir gənc üçün böyük təkan, yeni yaradıcılıq  stimuludur. Gülüstan xanım sənətinə bağlı, özünün təbirincə desək bu həyatda sənət izi qoymağı arzulayan sənətkardır. Səhnəmizin 13-cü Leylisini  20 illik səhnə nailiyyəti münasibətilə ürəkdən təbrik edirəm".



Aysel Kərim və Gülüstan Əliyeva


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR