Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2020-ci ilə mobil proqram tərtibatçıları 189 milyard dollar qazanacaqlar

2020-ci ilə mobil proqram tərtibatçıları 189 milyard dollar qazanacaqlar

Date: 3 November 2016 12:35

“App Annie” şirkətinin mobil tətbiqlərin pula çevrilməsi haqda hesabatına əsasən, 2020-ci ilə tərtibatçıların proqram həllərindən gəliri 270% artaraq 189 milyard dollar təşkil edəcək. 2015-ci ildə bu göstərici 70 milyard dollar olub. Son illərdə mobil proqramlardan istifadə vaxtının iki dəfədən çox artması, həmçinin inkişaf etməkdə olan ölkələrdə smartfon və mobil proqramların sayının artması belə yüksək artımı təmin edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “App Annie” əməkdaşlarının müşahidəsinə əsasən, "Media və Video" proqramlarında keçirilmiş vaxt 212% artıb. Bununla əlaqədar mütəxəssislər belə düşünür ki, tezliklə bu kateqoriyaya aid proqramlar populyarlığa görə oyunları geridə qoyacaq. Məlumata əsasən, “WhatsApp” və “Facebook” kimi messencer və sosial şəbəkə proqramları istifadəçilərin uzunmüddətli cəlbi sayəsində ən yüksək göstərici göstərib.

Yükləmələrin sayına görə “Android” mobil əməliyyat sistemi birinci yeri tutur. Ancaq “iOS” sistemi gəlir üzrə liderdir.

Hesabata əsasən, dünyada ən böyük smartfon bazarı olan Çinin sayəsində Asiya-Sakit okean regionu gəlirin həcminə görə lider regiondur.

Emil Hüseynov



Tags:  2020-ci mobil proqram tərtibatçıları 189 milyard dollar qazanacaqlar



RƏYLƏR


Top news