Facebook pul qazanmaqdan doymur

Facebook pul qazanmaqdan doymur
12:37 3 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

3-cü rüb maliyyə hesabatlarını açıqlayan "Facebook"un rəqəmləri, nəhəng sosial media platformasının bazarda gördüyü hər dolları xortumla öz cibinə çəkdiyini göstərir.

Milli.Az technote.az-a istinadən bildirir ki, "Facebook"un rəhbəri Zuckerberg bu aralar ən xoşbəxt günlərindən birini yaşayır. Sosial media nəhənginin 2016-cı ilin üçüncü rüb hesabatlarına görə, "Facebook"un üçüncü rübdəki gəliri 7,01 milyard dollara çıxdı. Eyni ərəfədəki mənfəəti isə 2,38 milyard dollar olaraq elan edildi. Bu rəqəmlər, keçən ilin eyni rübünə nisbətən 3 dəfə daha çox qazanc mənasına gəlir.
Mobil cihazlarında Facebook istifadə edənlər "Facebook"un ən sürətlə böyüyən gəlir qapısıdır. Facebook-un gəlirində əsas rol 84% artımla mobil reklamlar oldu. 1,66 milyard aylıq mobil aktiv istifadəçi sayına çatan şirkət bir ildə 20% böyüməyə nail olub. Keçən il eyni müddətdə mobil aktiv istifadəçi sayı sadəcə 1,055 milyard nəfər idi. 
Zuckerberg bu uğurlu rəqəmlər üzərinə etdiyi açıqlamada isə, "tətbiqlərimizdə videonu ön plana çıxardan siyasətimizə davam edəcəyik. Bizcə, kamera artıq insanların paylaşım etmək istədikləri əsas metoddur" cümləsindən istifadə etdi.
Yəni Facebook-un getdikcə daha çox video məzmun paylaşılan bir sosial media servisinə çevrildiyini görəcəyik. Bu sahədə də Facebook Live-ın may ayında istifadəyə verilməsindən bəri 4 qat böyüdüyünü bildirən Zuckerberg Instagram Stories xüsusiyyətinin də gündəlik 100 milyon insan tərəfindən istifadə edildiyini bildirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR