Bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar - YENİLİK

Bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar - YENİLİK
12:42 3 Noyabr 2016
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifadəsinə icazə və əcnəbilərə sürücülüklə bağlı yeni hüquqlar verilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı "Yol hərəkəti haqqında" qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsinin əlavə edilməsi təklif edilir.

Yeni maddənin I hissəsinə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Maddənin II hissəsinə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
Qeyd edək ki, bununla bağlı qanunun hazırda qüvvədə olan variantında heç bir müddəa nəzərdə tutulmayıb.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür?

23 İyul 2017 20:52

"Panatinaikos" - “Qəbələ”: Hakimlər açıqlandı

23 İyul 2017 20:48

Ölüm nədir?

23 İyul 2017 20:47

Yapon dənizində Şimali Koreyaya məxsus sualtı qayıq gözlənilmədən fəallaşıb

23 İyul 2017 20:46

Tər qoxusu gəldiyi halda namaz qılmaq olarmı?

23 İyul 2017 20:42

Mərasimə ekstravaqant geyindi - FOTO

23 İyul 2017 20:32

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

23 İyul 2017 20:29

İranda qatar relsdən çıxdı: 7 yaralı

23 İyul 2017 20:28

Sumqayıtda güclü yanğın: 8 ailə çətin durumda - VİDEO

23 İyul 2017 20:22

Mingəçevir sakini evində 50-dən çox pişik saxlayır - VİDEO

23 İyul 2017 20:22

Hz. Əlinin qılıncı neçə başlı idi?

23 İyul 2017 20:22

Bərdədə bir nəfər Kür çayında batıb

23 İyul 2017 20:20

Avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə - səbəb kondisionerdir - VİDEO

23 İyul 2017 20:17

Bakıda turistin həyatını xilas edən polis danışdı - VİDEO

23 İyul 2017 20:17

Dizləriniz niyə xırçıldayır?

23 İyul 2017 20:17

Bu binada 400-ə yaxın ailə 3 ildir liftsiz qalıb - VİDEO

23 İyul 2017 20:17

Bakıda yeni dələduzlar peyda olub - ALDANMAYIN - VİDEO

23 İyul 2017 20:17

Dəridə qaşıntı nədən olur?

23 İyul 2017 20:12

Ağcabədidə pambıq sahələri susuz qalıb - VİDEO

23 İyul 2017 20:12

300-dən çox ailənin yaşadığı binaya isti su verilmir - VİDEO

23 İyul 2017 20:12

Qadın boksçularımız AVRO-2017-də 3 medal qazandı

23 İyul 2017 20:09

Tovuzda iki minik avtomobili toqquşub

23 İyul 2017 20:05

Xəzərdə batan 2 nəfər xilas edilib

23 İyul 2017 20:05

Alman gözəl Kannda dincəlir - FOTO

23 İyul 2017 20:05

Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

23 İyul 2017 19:57

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:55

Tovuzda iki avtomobil toqquşdu

23 İyul 2017 19:53

Kür çayında 1 nəfər batıb

23 İyul 2017 19:52

"Administrasiya Rusiyaya qarşı sanksiyaları dəstəkləyir" - Sara Sanders

23 İyul 2017 19:52

Fitva nə deməkdir?

23 İyul 2017 19:52

Hermofroditizm nədir?

23 İyul 2017 19:47

Məhəmməd peyğəmbər kimdir?

23 İyul 2017 19:42

Bakıda qəribə hadisə: avtomobilin şüşə tavanını çəngəl-bıçaqla deşdilər

23 İyul 2017 19:39

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:37

Rəfiqələr çimərlikdə əyləndilər - FOTO

23 İyul 2017 19:32

"Taliban"a AĞIR ZƏRBƏ: 34 ölü, 30 yaralı

23 İyul 2017 19:28

Parkda sevişən cütlük hücuma məruz qaldı -

23 İyul 2017 19:28

Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?

23 İyul 2017 19:22

Böyrək sindromu ilə hemorragik qızdırma

23 İyul 2017 19:17

Bərdədə 1 nəfər Kürdə batıb

23 İyul 2017 19:14

Allergiyanın əlamətləri nələr ola bilər?

23 İyul 2017 19:12

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

23 İyul 2017 19:07

Eli Saabdan yeni kolleksiya - FOTO

23 İyul 2017 19:05

Dalğıclar dənizdə xəzinə tapdı -

23 İyul 2017 19:02

İndoneziyada güclü zəlzələ

23 İyul 2017 18:53

Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

23 İyul 2017 18:52

Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

23 İyul 2017 18:52

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO

23 İyul 2017 18:47

Çində tikinti kranı aşıb -

23 İyul 2017 18:42

Bakıda marşrut avtobusu qəza törədib: xəsarət alan var

23 İyul 2017 18:39