Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Obama Ərdoğanı seçim qarşısında qoydu - İDDİA

Obama Ərdoğanı seçim qarşısında qoydu - İDDİA

“Ərdoğanı yalnız bu cür dayandırmaq olar” - TƏKLİF (15 Mart 2017 20:28)
Trampın telefon dinlənilməsinə dair ittihamı rədd edildi (05 Mart 2017 04:09)

Tarix: 3 Noyabr 2016 12:43

ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Vaşinqton Post” qəzeti ABŞ prezident Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etdiyi son telefon söhbətinin detallarını dərc edib.

Publika.az xəbər verir ki, nəşrin iddiasına görə, Obama Suriyadakı YPG (PKK terror təşkilatının Suriya olan olan PYD-nin hərbi qanadı – red.) güclərinin Rakka əməliyyatına qatılmasına qərar verildiyini söyləyib.

“Vaşinqton Post” bildirir ki, Ankaraya ya Türkiyənin koalisiya güclərinin dəstəklədiyi əməliyyata qatılmalı olduğu, ya da əməliyyatdan kənarda qalacağı mesajı verilib.

Ərdoğan isə ötən həftə bildirmişdi ki, Obama ilə telefon söhbətində PYD/YPG kimi təşkilatlara ehtiyacın olmadığını deyib. “Obamaya, gəlin, İŞİD-i Rakkadan birlikdə ataq” dedim”, - Türkiyə prezidenti söyləyib.

Türkiyə prezidenti dünən deyib ki, Türkiyənin qarşısında yeni bir terror dövləti yaratmaq istəyirlər. O, Türkiyənin belə bir dövlətin yaradılacağına icazə verməyəcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ İŞİD-in de-fakto “paytaxt”ı olan Suriyanın Rakka şəhərinin azad edilməsi üçün planlar qurur. Ən böyük çətinlik isə ABŞ-ın Suriyada əməkdaşlıq etdiyi PYD-nin Türkiyə tərəfindən PKK-nın davamı olan terror təşkilatı kimi qəbul edilməsidir.

Ömər Dağlı


Teqlər:  Obama Ərdoğanı seçim qarşısında qoydu İDDİA



RƏYLƏR


Top xəbərlər