Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya
parçası partladılıb.
Ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də
“Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları
nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.
Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni
ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən
bərpa edə biliblər.
Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə
böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə
partladılıb.
Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda
hərəkət normal şəkildə davam edir. (report)