Qanunsuz qumarxana aşkar edildi, saxlanılanlar var - FOTO

Qanunsuz qumarxana aşkar edildi, saxlanılanlar var - FOTO
12:52 3 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunda qanunsuz fəaliyyət göstərən onlayn qumarxana aşkar edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, xalqımızın mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan, internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətinin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən mütəmadi olaraq məqsədyönlü şəkildə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən  Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan daha 3 vətəndaş müəyyən edilərək barələrində qanuna müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilən tərəfindən oynanılan uduşlu kuponlar, xüsusi online qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıqlar, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Pünhan Mirzə

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR