Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda işçilər yolu bağladılar

Ermənistanda işçilər yolu bağladılar

Date: 3 November 2016 12:52

Ermənistanın paytaxtı İrəvanda "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar.

Zavodun keçmiş işçiləri zavod rəhbərliyindən əmək haqlarının verilməməsi ilə bağlı yaranan cərimələrin ödənilməsini tələb edirlər.

Etiraz aksiyasının keçirildiyi əraziyə polis qüvvələri yeridilib.

Qeyd edək ki, "Nairit" zavodunun əməkdaşları son bir neçə il ərzində etiraz aksiyaları keçirərək əmək haqlarının verilməsini tələb ediblər. Bu cür aksiyalar hökumət evinin, eləcə də prezident iqamətgahının qarşısında keçirilib.

Milli.Az


Tags:  Ermənistanda işçilər yolu bağladılar

RƏYLƏR


Top news