Sevdanın ərinin keçmiş qayınanası: "Qızımı bədbəxt etdi"

Sevdanın ərinin keçmiş qayınanası: "Qızımı bədbəxt etdi"
12:56 3 Noyabr 2016
471 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı Cəmil bəyin keçmiş qayınanası Gülənbər və xanımı Lalə big.az saytına açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, Gülənbər xanım bildirib ki, Cəmilin onun qızı Lalə ilə boşanmasının səbəbkarı Sevda Sanəliyevadır.

Keçmiş qayınana ifaçını "yuvayıxan" adlandırıb:

"Müğənni - rəqqasə Sevda Sanəliyevanın indi yanına salıb, "ərim-ərim" dediyi kişinin qayınanasıyam. Mənim qızımı boşayıb, gedib onu aldı. Necə də utanmır, heç kişi də belə iş görər ? Kürəkənim Cəmil 10 il qızım Laləylə evli qalıb.

Gözümün ağı-qarası bir qızımı bədbəxt etdi. Bütün Şamaxı bu hərəkətinə görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır. Qızım Lalə hal-hazırda qayınanasının yanındadır. Onlarla birgə qalır. Övladım 30 yaşında, ərsiz bədbəxt qaldı. Allah bu zülmü götürməz. Onu orada gözüyaşlı qoyub, efirə çıxıb deyir ki, mən ailəmlə xoşbəxtəm. Qızımla iki əkiz balası var: bir qız, bir oğlan. Həmin verilişə uşaqlar da baxırdılar.

9 milyon insan bilsin ki, o "ər" dediyi Sevdanın yox, qızımın əridir. Heç nəyin üstündə mənim qızımı boşadı, getdi Sevdanı aldı. Bir günün içində Cəmil evdən əşyalarını yığıb, çıxıb gedib. Mən indi də qızıma deyirəm ki, ondan sənə ər olmayıb, olmayacaq da. Özümü xəstəliyə saldı, gözümün ağı-qarası bir balamı rüsvay etdi. İki balasına da yazığı gəlmədi. Düz bir ildir ki, qızımla Cəmili Sevda boşatdırıb".

Qeyd edək ki, S.Sanəliyeva bundan əvvəl də ailəli olub. O, açıqlmasında bildirib ki, bu evliliyi cəmi bir ay davam edib.





S.Sanəliyevanın ilk həyat yoldaşı


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR