Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prokuror dostunu bıçaqlayan şəxsə cəza istəyib

Prokuror dostunu bıçaqlayan şəxsə cəza istəyib

Tanışına balta atıb yaralayan şəxsə AĞIR CƏZA (09 Mart 2017 13:54)
Prokuror Qubada bacanağını öldürən şəxsə cəza istəyib (07 Mart 2017 15:37)
Prokuror Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxsə cəza istəyib (28 Fevral 2017 11:37)

Tarix: 3 Noyabr 2016 12:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zaman Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror Z.Şəfiyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi noyabrın 10-na təyin edilib.

İttihama görə, Z.Şəfiyev şəxsi münaqişə zəminində dostu Elmin Balayevi bıçaqlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Şəfiyevin barəsində həbs qəti imkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Milli.Az


Teqlər:  Prokuror dostunu bıçaqlayan şəxsə cəza istəyib



RƏYLƏR


Top xəbərlər