İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİ

İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİ
13:03 3 Noyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqonun nümayəndəsi Mikael Rubin Türkiyəni dəhşətli günlərin gözlədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Rubin daha çox təhdid kimi “American Enterprise Institute” təşkilatının saytında yayımlanan məqaləsində Türkiyənin qan gölünə çevriləcəyini yazıb.

“Türkiyə mütləq qan gölünə çevriləcək. Maraqlı olan bunun nə vaxt baş verəcəyidir”, - deyə o bildirib.

Rubin iddia edir ki, Türkiyədə konstitusiya dəyişikliyi məsələsi ciddi problemlər yaradacaq.

“Doğu Perinçek (Vətən Partiyasının sədri. “Dərin dövlət”in adamı olaraq tanınır-red) Ərdoğana qarşı çıxacaq. Bu gün Perinçek müdafiə naziri səviyyəsində gücə malikdir. Qarşıdurma yaşanacaq”, - deyə Pentaqon nümayəndəsi iddia edib.

Ardınca, “Türkiyə qan gölünə çevrilmək üzrədir” deyə bildirib.

Onun iddialarının həqiqətə yaxın olması şübhəlidir. Lakin Pentaqon nümayəndəsinin bu sözləri dilə gətirməsi daha çox Türkiyəni təhdid etmək kimi qiymətləndirilir. Türkiyəli ekspertlərə görə, Rubin əslində “Türkiyə qan gölünə çevriləcək” deməklə Vaşinqtonun Ankaraya təhdidini dilə gətirir və gələcəkdə ABŞ-ın Türkiyəyə qarşı mümkün ssenarisini göstərir. Onun 15 iyul dövlət çevrilişi cəhdini həyata keçirən FETÖ lideri Fətullah Güləni müdafiə etməsi də bunu deməyə əsas verir.

Qeyd edək ki, M.Rubin 2003-2004-cü illərdə İraqın işğalında iştirak edib və işğaldan sonra bu ölkənin idarəçiliyində yer alıb. Hazırda Amerika Təşəbbüslər İnstitutunda işləyən Rubin ABŞ Donanmasının Hərbi Akademiyasında dərs deyir. O, Amerikada nəşr olunan “Middle East Quarterly” (Yaxın Şərq bülleteni) jurnalının redaktorudur.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR