"Qəbələ"nin oyununa görə metro saat neçədə bağlanacaq?

"Qəbələ"nin oyununa görə metro saat neçədə bağlanacaq?
13:04 3 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni” QSC iş rejimini dəyişir.

Lent.az-ın məlumatına görə, bu gün baş tutacaq "Qəbələ" və "Sent-Etyen" oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimi  saat 01:00-dək uzadılacaq.

Bildirək ki, bu gün "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.

"Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə müraciət edib.

Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR