Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq milli təhlükəsizlik nazirinin qardaşının məhkəməsi başlayıb

Sabiq milli təhlükəsizlik nazirinin qardaşının məhkəməsi başlayıb

Date: 3 November 2016 13:05

Naxçıvan Şəhər Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilməsinə qərar verilib. Məhkəmə baxışının vaxtı barədə tərəflərə məlumat veriləcəyi bildirilib.
 
Qeyd edək ki, Əli Ələsgərov vergi borcuna görə həbs edilib. V. Ələsgərov isə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Milli.Az


Tags:  Sabiq milli təhlükəsizlik nazirinin qardaşının məhkəməsi başlayıb

RƏYLƏR


Top news