Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə 1200-dən çox jandarm işdən azad edilib

Türkiyədə 1200-dən çox jandarm işdən azad edilib

Date: 3 November 2016 13:12

Türkiyədə Fətulla Gülən hərəkatı ilə davam edən mübarizə çərçivəsində jandarm xidmətinin 1218 əməkdaşı işdən azad edilib.

Milli.Az bildirir ki, Trend bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, işdən azad olunan jandarmların 419 nəfəri zabit rütbələri daşıyır.

Türkiyədə bu il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra DİN sıralarından 14 minə yaxın əməkdaş uzaqlaşdırılıb. Dövlət çevrilişi cəhdinin Fətulla Gülən hərəkatı tərəfindən həyata keçirildiyi Türkiyə hökuməti tərəfindən elan olunub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çevriliş cəhdi zamanı 250-dən çox adamın həlak olduğunu deyib.

Milli.Az


Tags:  Türkiyədə 1200-dən çox jandarm işdən azad edilib

RƏYLƏR


Top news