""Qarabağ"la Bakıdakı görüş istisnadır"

""Qarabağ"la Bakıdakı görüş istisnadır"
13:12 3 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"PAOK cari mövsümə qədər 5 dəfə Avropa Liqasının qrupunda mübarizə aparıb. Lakin etiraf edək ki, budəfəki qrup daha güclüdür".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu PAOK-un sabiq futbolçusu Tasos Tasiopulos deyib.

Yunanıstanın televiziya verilişlərindən birinin qonağı olan 48 yaşlı mütəxəssis PAOK-un Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la bu gün keçirəcəyi matçı dəyərləndirib.
 
Tasiopulos keçmiş komandasının hazırda yaxşı formada olduğunu bildirib: "PAOK son bir ay ərzində keçirdiyi bütün oyunlarda "döyüşüb". Yalnız "Qarabağ"la Bakıdakı görüş istisnadı. Komanda hətta çempionatda "Olimpiakos"la səfər oyununu da yüksək səviyyədə keçirmişdi. Sadəcə, rəqibin son dəqiqədə qələbə qolunu vurması bəxtsizlik oldu. "Olimpiakos" əgər 70-ci dəqiqədə 2:1 hesabı ilə önə keçsəydi, əminəm ki, PAOK bərabərlik topunu vuracaqdı. Saloniki klubu yaxşı formadadır. Fikrimcə, bundan yararlanıb, "Qarabağ"a qalib gəlmək olar".
 
Keçmiş yarımmüdafiəçinin fikrincə, PAOK-un hücum xətti lazımi səviyyədə deyil. O, komandanın yeni forvarda ehtiyac duyduğunu söyləyib: "Məncə, PAOK-un ən böyük problemlərindən biri effektli hücumçulara malik olmamasıdır. Bu üzdən komanda qol vurmaqda çətinlik çəkir. Məncə, onların güclü hücumçuya ehtiyacları var. Hazırkı heyətdən isə Dieqo Bisesvar və Stefanos Atanasiadis irəlidə komandaya daha çox xeyir verə bilərlər. Ümumiyyətlə, PAOK-un Avrokubokda uğur qazanmaq üçün kifayət qədər əsası var. Çünki illərdir Avropa arenasında mübarizə aparırlar və böyük təcrübəyə malikdilər".
 
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq PAOK - "Qarabağ" görüşü "Tumba" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR