"Qəbələ" "Sent-Etyen"lə yenə bacarmadı

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir. Metbuat.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan təmsilçimiz “Qəbələ” növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası 39-cu dəqiqədə hesabı açmasına baxmayaraq, sonradan buraxılan iki qola qarşılıq verə bilməyib. Nəticədə "Qəbələ" meydanı başıaşağı tərk edib.

UEFA Avropa Liqası

C qrupu

3 noyabr

“Qəbələ” - “Sent-Etyen” - 1:2

Qollar: R.Qurbanov, 39 (1:0). U.Tannan, 45+1 (1:1). R.Beriç, 53 (1:2)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Bakı. "Bakcell Arena".

Xatırladaq ki, Fransada keçirilən "Sent-Etyen" - "Qəbələ" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR