Ulduz futbolçu öldü - ŞOK İDDİA

Ulduz futbolçu öldü -   ŞOK İDDİA
13:17 3 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Fransa millisinin və Lion "Olimpik"inin futbolçusu Matyu Valbuenanın ölüm xəbəri yayılıb. Fanat.Az xəbər verir ki, bu iddia sosial mediada yayılıb.


Lakin xəbər çox keçmədən təkzib olunub. "Olimpik" klubu sosial mediada yayılmış "Matyu Valbuena öldü" iddiası ilə bağlı açıqlama yayıb: "Twitter"dəki bəzi alçaq insanların inadına Matyu Valbuena yaşayır. Klub olaraq bu utanc verici və insanlığa yaraşmayan xəbərlərin yayılmasına görə şokdayıq".


Qeyd edək ki, "Olimpik" ötən axşam Çempionlar Liqasında "Yuventus"un qonağı olub. 1:1 hesabı ilə başa çatan matçda Matyu Valbuena iştirak etməyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ulduz-futbolcu-oldu-t53867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR