Fidan Əlizadə qarderobunu göstərdi - VİDEO

Fidan Əlizadə qarderobunu göstərdi - VİDEO
13:18 3 Noyabr 2016
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gənc rəssam və dəb blogeri Fidan Əlizadə izləyicilərinə yeni videosunu təqdim edib.

Publika.az xəbər verir ki, bloger bu dəfə payız qarderobundan bəhs edib, həmçinin məsləhətlərini verib. Onun sözlərinə görə, düzgün geyimlər sayəsində payız və qış aylarını daha komfortlu keçirmək və dəbli görünmək olar.

Videoda ən maraqlı məqamlardan biri F. Əlizadənin özünün dəridən hazırladığı papağı olub. O bildirib ki, qeyri-adi aksessuarları çox sevir və onlardan böyük məmnuniyyətlə istifadə edir.

Məlumat üçün bildirək ki, dəb blogerlərinin hər mövsümdə etdiyi geyim alış-verişini izləyicilərə nümayiş etdirməsi və trendlərlə bağlı öz məsləhətlərini verməsi ənənə halını alıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/174561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR