Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi oktyabrda 19 faiz artıb

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi oktyabrda 19 faiz artıb
13:22 3 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərmişdir. Milli aviadaşıyıcıya 1,7 milyon sərnişin üstünlük vermişdir, o cümlədən "Azərbaycan Hava Yolları"nın Naxçıvan və Gəncəyə daxili uçuşlarında 468 min sərnişin daşınmışdır. Bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınmışdır.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olmuşdur. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komaviatrans aviaşirkətləri, həmçinin "Pobeda" loukosteri Bakıya uçuşlara başlamışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR