"Sevil Massivi" MTK işindəki şahidlər məhkəməyə məcburi gətiriləcəklər

"Sevil Massivi" MTK işindəki şahidlər məhkəməyə məcburi gətiriləcəklər
13:27 3 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sevil Massivi" MTK-nın vəzifəli şəxsləri zərərçəkmişlərə 10,5 milyon manat ödəyib (22 İyun 2017 14:22)
"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri 10,5 milyon manat ziyan ödəyib (22 İyun 2017 13:39)
"Sevil Massivi" MTK-nın zərərçəkmişlərə vurduğu ziyanın 10 milyon 500 min manatı ödənilib (22 İyun 2017 13:29)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları aldatmaqda təqsirləndirilən "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev və Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Liftizadə Məhəmməd bildirib ki, şirkətlə torpaq və mənzil alınması ilə bağlı müqavilə bağlayıb. Buna görə şirkətə 18 min manat ödəyib. O, şirkətdən mənzil ala bilmədiyini qeyd edib. Şahidin sözlərinə görə, ödədiyi vəsaiti şirkət indiyə kimi ona geri qaytarmayıb.

Hakim məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib.

Təqsirləndirilən şəxslər 162-1.1 (Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda), 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Ötən il Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı kooperativin təsisçisi A.Zeynalovun, MTK-nın direktoru E.İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlar barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, "Sevil Massivi MTK-nın məsul şəxsləri - A.Zeynalov və E.İsmayılov Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, "Sevil Massivi" MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hacıqabul sakini yük maşınının altında qaldı

28 İyun 2017 13:12

Ronaldo: "Ona həsəd aparmıram"

28 İyun 2017 13:12

Dünyada super zənginlərin sayı və sərvəti artıb

28 İyun 2017 13:12

Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu - FOTO

28 İyun 2017 13:09

Elza Seyidcahandan YENİ ŞEİR: "Kimlər gəldi mən verdim"

28 İyun 2017 13:08

2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi

28 İyun 2017 13:05

1 sutkada eyni yerdə 3 nəfər boğuldu - VİDEO - FOTO

28 İyun 2017 13:05

Azərbaycanlı ilə erməni toqquşdu, gürcü yaralandı - GÖRÜNTÜLƏR

28 İyun 2017 13:04

İlham Əliyev Polşa baş naziri ilə görüşdü

28 İyun 2017 13:01

Bakıda bağ evinə basqın edib yandırdılar

28 İyun 2017 12:59

Kolbasalar necə hazırlanır? - ARAŞDIRMA

28 İyun 2017 12:58

Kənan və Aygün Moskvada - FOTO

28 İyun 2017 12:57

“SOCAR Turkey” şirkətinə xarici əlaqələr üzrə rəhbər təyin edilib

28 İyun 2017 12:57

Kişilər qadınlarda ilk buna baxır...

28 İyun 2017 12:55

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

28 İyun 2017 12:52

Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib

28 İyun 2017 12:52

"SOCAR Turkey Energy" şirkətində yeni təyinat

28 İyun 2017 12:50

"Avropalı Samiraldo" Bakının mərkəzində turistləri coşdurdu - VİDEO

28 İyun 2017 12:47

Ağstafada avtomobil 53 yaşlı piyadanı vuraraq öldürüb

28 İyun 2017 12:47

Hacıqabulda ağır yol qəzası - 2 nəfər ölüb

28 İyun 2017 12:43

Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN

28 İyun 2017 12:43

Azərbaycan nefti bahalaşdı

28 İyun 2017 12:42

“WhatsApp” yazışması: “Ay qız düş, məhlənizdəyəm...”

28 İyun 2017 12:40

Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar

28 İyun 2017 12:39

DİN Hacıqabulda 2 nəfərin ölümüylə nəticələnən qəza ilə bağlı məlumat yayıb

28 İyun 2017 12:37

Bakıda 8 gün əvvəl qəzada yaralanan piyada xəstəxanada ölüb

28 İyun 2017 12:37

"Qazprom" Türkiyə bazarını tərk edə bilər

28 İyun 2017 12:37

Prezident İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb

28 İyun 2017 12:36

Hacıqabul sakini Bakıda faciəvi şəkildə can verib

28 İyun 2017 12:34

Qətərə qarşı yeni sanksiyalar hazırlanır – TOTAL HÜCUM

28 İyun 2017 12:33

Aygün Kazımova: Həyatımın konsertinə hazırlaşıram

28 İyun 2017 12:29

Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ

28 İyun 2017 12:29

"Real"ın prezidenti: "Mbappeni transfer etsək..."

28 İyun 2017 12:27

Kişiləri və qadınları valeh edən Paris gözəli - dövrün ən arzuolunan kurtizankası

28 İyun 2017 12:23

Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - VİDEO

28 İyun 2017 12:22

Bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

28 İyun 2017 12:22

“Bavariya”nın hücumçusu keçmiş sevgilisinə görə saxlanılıb

28 İyun 2017 12:19

Türkiyə ordusu Suriyaya hücuma keçdi – Ağır ZƏRBƏ - VİDEO

28 İyun 2017 12:18

Evakuator sürücülərinin özbaşınalıqları - VİDEO

28 İyun 2017 12:17

Tuba ailəsi ilə - FOTO

28 İyun 2017 12:17

"Neftçi" tam heyətlə hazırlaşmır

28 İyun 2017 12:17

Fəvvarələr Meydanında "Odlar ölkəsi" konserti keçirilib

28 İyun 2017 12:15

Rusiyada iki azərbaycanlı həbsdən qaçıb – TƏHLÜKƏ XƏBƏRDARLIĞI

28 İyun 2017 12:14

POLKOVNİK: "Cəbhədə döyüş əmliyyatları başlaya bilər"

28 İyun 2017 12:14

Salyanda dram: intihara cəhd edən gəlinin dayısını maşınla vurdular

28 İyun 2017 12:12

Hadisədən "qiymət” üsyanı

28 İyun 2017 12:08

XƏBƏRDARLIQ: Bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

28 İyun 2017 12:08

İstanbulda QDİƏT XİN rəhbərlərinin iclası keçiriləcək

28 İyun 2017 12:08

Hava şəraiti qeyri-sabit keçəcək

28 İyun 2017 12:07

"Real"ın başqanı Mbappe məsələsinə nöqtə qoydu - GƏLİR?

28 İyun 2017 12:07