"Dağlar qapısı"nda qaya partladıldı - FOTO

"Dağlar qapısı"nda qaya partladıldı - FOTO
13:27 3 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ötən gecə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu km-də "Dağlar qapısı" deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.
Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.
Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə partladılıb.
Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR