Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada həbsxanalar üzərində PUA-sız zonalar yaranacaq

Böyük Britaniyada həbsxanalar üzərində PUA-sız zonalar yaranacaq

Date: 3 November 2016 13:27

İngiltərə və Uelsdə həbsxanalar üzərində PUA-sız zonalar yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu addım məhkumlara narkotik vasitə və ya silah ötürmək üçün pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması məqsədilə atılacaq.

Bu təkliflərin Böyük Britaniya ədliyyə naziri Elizabet Trass tərəfindən təqdim edildiyi deyilir. Bundan əlavə, həbsxanalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 2 mindən çox əməkdaş cəlb olunacaq.

Qəzetin məlumatına görə, ötən il İngiltərə və Uels həbsxanalarında pilotsuz uçuş aparatları vasitəsilə silah və narkotik vasitələrin çatdırılması ilə bağlı 33 insident qeydə alınıb.

Milli.Az


Tags:  Böyük Britaniyada həbsxanalar üzərində PUA-sız zonalar yaranacaq

RƏYLƏR


Top news