Elvin: "O zaman tamaşaçı səni sevməyəcək" - FOTO

Elvin: "O zaman tamaşaçı səni sevməyəcək" - FOTO
13:32 3 Noyabr 2016
39 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elvin Abdullayev fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, yeni şəkillər çəkdirən sənətçi geyim tərzindən danışıb.

O bildirib ki, stilist məsləhəti almır:

"Hər tərzdə geyimdən istifadə edirəm. Önəmli olan sənə yaraşanı geyinməkdir. Xüsusi stilistim yoxdur. Çünki özüm mənə nəyin yaxşı yaraşdığını və bədən ölçülərimə nəyin uyğun gəldiyini bilirəm. Klip çəkilişləri zamanı stilistlə məsləhətləşirəm. Klip elə bir şeydir ki, burada müğənninin fərqli tərəfi təqdim edilməlidir. Ekran işində rola girir, hansısa obrazı canlandırırsan, ifa etdiyin mahnının sözlərini yaşayırsan, bununla yanaşı, geyimin də düzgün seçilməlidir. Bilirəm ki, tamaşaçı hər bir nüansa fikir verir. Çox abartılmış və söz-söhbətə səbəb olacaq geyim geyinmərəm. Tamaşaçının qarşısına ilk dəfə necə çıxırsansa, səni elə də tanıyır. Müəyyən vaxtdan sonra 180 dərəcə dəyişsən, tamaşaçı səni sevməyəcək. Allah bundan saxlasın. Xüsusən də kişi ifaçıları üçün geyim önəmlidir".

Tez-tez klip çəkdirən E.Abdullayev bunun hobbi olduğunu söyləyib:

"Bir çoxları bilir ki, həvəskar fotoqrafam, dəfələrlə ölkədə və xaricdə keçirilən müsabiqələrdə birinci yerə çıxmışam. Foto, video çəkməyi çox sevirəm. Bir ildə iki-üç klip çəkdirirəm. Bunu tamaşaçılarım üçün edirəm. Mənim üçün maraqlı deyil bunu hansısa kanal verəcək, ya yox. Şükür ki, çəkdirdiyim kliplərin heç biri yayımsız qalmayıb. Klip çəkilişində yalnız bir insanla çalışıram - Givi Maxaradze.  Amerikada yaşayır, çox zövqlüdür".

Müğənni kliplərini hər zaman xaricdə çəkdirdiyini bildirib:

"Qarşıda yenə klip çəkilişi var. Hansı mahnıya olacağı isə hələ bəlli deyil. Qışın lap çovğununda yenidən klip çəkilişlərinə gedəcəm. Ekran işlərim xaricdə lentə alınır. İçərisində ölkəmizdə çəkilənlər də az deyil. Bir ildir planımda Amsterdam var. Sadəcə, Givi Amerikada yaşadığı üçün onun gəlib-getmək problemi var. Mahnımızı seçəndən sonra, növbəti klipimin çəkiləcəyi ölkəni də qərarlaşdıracağam".

E.Abdullayev payız stilində fotosessiyasından da danışıb:

"Bu mənim yeni klipimin çəkilişindəndir. Ekran işinin montaj işləri gedir. Yaxın günlərdə təqdim edəcəyəm. Çox maraqlı alınıb".

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/485825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR