Bayden dünya gözəlinə görə Trampı təhqir etdi

Bayden dünya gözəlinə görə Trampı təhqir etdi
13:37 3 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

"Özünü Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti təsəvvür edən adam gecə saat 03:30-da oyanır və Twitter-də qadın bədəni, çəkisi haqqında nələrsə yazır".

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Donald Tramp haqqında danışarkən deyib.
"O belə, ədəbsiz, seksual hərəkətlər edir. Siz təsəvvür edə bilirsinizmi, bizim tariximizdə hansısa prezident belə hərəklət etsin?" - deyə Bayden bildirib.
 
Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klintonla teledebatda təhqiredici şəkildə keçmiş "Kainat gözəli" Alisia Maçadonun kökəldiyini demişdi.
 
Ümumiyyətlə Trampla Maçado arasında qalmaqal yaşanır. Alisia Maçado Trampı cinsiyyətçilik, irqçilik və qadın düşmənliyində ittiham edib. Prezidentliyə namizəd isə ona "iyrənc" deyərək, seks kasetinin olduğunu iddia edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR