Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Böyük Britaniya enerji əməkdaşlığını müzakirə edəcəklər

Azərbaycan və Böyük Britaniya enerji əməkdaşlığını müzakirə edəcəklər

Date: 3 November 2016 14:12

Azərbaycan və Böyük Britaniya energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolsonun Azərbaycana səfəri zamanı bu məsələlərlə bağlı müzakirə aparılacaq.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın "British Petroleum" (BP) şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi, neft və qaz sahəsində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər bu il noyabrın 28-dən dekabrın 1-dək baş tutacaq.

Milli.Az


Tags:  Azərbaycan Böyük Britaniya enerji əməkdaşlığını müzakirə edəcəklər

RƏYLƏR


Top news