Zidan: "Dayanmağa ixtiyarımız yox idi"

Zidan: "Dayanmağa ixtiyarımız yox idi"
14:17 3 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" Çempionlar Liqasının qrup mərhələsində "Legia" səfərindən 1 xalla dönüb. "Kral klubu" matçın gedişində 2 top fərqilə önə çıxmasına baxmayaraq sonra 3:3 hesabı qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan bunları deyib:

"Oyunun gedişi məni təəccübləndirmədi, qəribə oyun idi. 2:0 hesabıyla öndəsənsə, dayanmaq ixtiyarın yoxdur. Bizsə məhz bunu etdik. Ona görə rəqib 3 qol vurdu. Bu, mənim səhvim idi. Hər halda uduzmadıq. Daha qapalı oynamaq lazım idi. Amma buraxılan qol bizə problem yaratdı. Bu görüşü unudub qarşıdakı oyuna diqqəti yönəltmək lazımdır. Qrupu ilk pillədə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR