Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Metabolizmi sürətləndirib qarnı dümdüz edən çay reseptləri

Metabolizmi sürətləndirib qarnı dümdüz edən çay reseptləri

Date: 3 November 2016 14:18

Yaşıl çayın metabolizmə müsbət təsir göstərdiyi və piyləri effektli şəkildə yandırdığını hamımız bilirik.

Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma üzrə məşhur mütəxəssis Nadir Sərrac metabolizmin fəaliyyətini sürətləndirən və qarnı düzmdüz edən çay reseptlərini təqdim edib.

Metabolizmi sürətləndirən çay

Hər bir fincan üçün yarım çay qaşığı keyfiyyətli yaşıl çay və 1 ədəd yaşıl çay, yarım çay qaşığı mate çayı, bir çimdik darçın və yarım çay qaşığı rozmarini qaynar su ilə dəmləyin. Bu çayı gündə 3-4 fincan içmək olar. Ancaq içinə şəkər əlavə etmək qəti olmaz. Əgər şirniyyat istəyini heç bir halda öldürə bilmirsinizsə, onda ağzınıza 3-4 ədəd kişmiş atın.

Qışda əsasən xəmir xörəklərinə üstünlük verdiyimiz üçün çoxumuz qəbizlikdən əziyyət çəkirik. Diyetoloq bildirib ki, gün ərzində 2-3 stəkan isti su içmək bağırsaqların fəaliyyətini sürətləndirir.

Qəbizlik problemini aradan qaldıran çay resepti

4-5 yarpaq səna, yarım çay qaşığı razyana toxumu, 1 çay qaşığı rozmarin, 1 ədəd avokado yarpağı, 1 çay qaşığı erika yarpağı, 1 çay qaşığı mate yarpağını 1 stəkan qaynar su ilə dəmləyin. Bitki çayını ilıq halda için.

Çayları çox ac və ya çox tox olanda içməyin. Çünki immuniteti həssas olan insanlarda qaz yarada bilər. Əgər çaya razyana əlavə etmədən, həm də uzun müddət sadəcə səna çayı içsəniz, onda bağırsaqlarda tüklü zərrəcikləri əriyə və gələcəkdə sağlamlıq baxımından problemlər yarada bilər.

Amma qəbizliyin qarşısını almaq məqəsədi ilə hərdənbir içilən səna çayından qorxmağa ehtiyac yoxdur.

Aytən


Tags:  Metabolizmi sürətləndirib qarnı dümdüz edən çay reseptləri

RƏYLƏR


Top news