"Qəbələ" - "Sent-Etyen" oyununa gedənlərə şad xəbər

"Qəbələ" - "Sent-Etyen" oyununa gedənlərə şad xəbər
14:27 3 Noyabr 2016
155 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" "Qəbələ" klubunun müraciətini müsbət cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Sent-Etyen" matçı ilə əlaqədar metronun iş qrafikinə dəyişiklik edilib.

Belə ki, Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb. Bu addım klub rəhbərliyinin  QSC-yə müvafiq müraciətindən sonra atılıb.
 
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə APA-ya bildirib ki, sərnişin axını çox olduqda metro 01:00-dan sonra da fəaliyyət göstərə bilər. Paşayev əlavə edib ki, "Bakı Metropoliteni" QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək.
 
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" matçı saat 22:00-da start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR