“Wikileaks”in yaradıcısı: “Hillari Klintonun məxfi sənədləri 17 kəşfiyyat orqanında var”

“Wikileaks”in yaradıcısı: “Hillari Klintonun məxfi sənədləri 17 kəşfiyyat orqanında var”
14:33 3 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidentliyinə namizəd Hillari Klintonun elektron poçtu vasitəsilə göndərdiyi məxfi sənədləri Rusiya kəşfiyyatından almamışam”.

Publika.az xəbər verir ki, bunu qalmaqallı “Wikileaks” saytının yaradıcısı Culian Assanc bildirib.

Culian Assanc deyib ki, həmin məxfi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ötürülməsi yalandır:

“Hillari Klinton öz günahlarına haqq qazandırmağa çalışır və iddia edir ki, guya Rusiya kəşfiyyatı onun barəsində məxfi məlumatları mənə ötürüb. Əslində isə bu, tamamilə yalandır. O məlumatları mənə Rusiya kəşfiyyatı ötürməyib. Ümumiyyətlə, Hillari Klintonun göndərdiyi məxfi sənədlər 17 xarici kəşfiyyat orqanlarının əlində var. Klinton isə hələ də bütün məsələlərdə Rusiyanı təqsirli bilir”.

Xatırladaq ki, bir müddət öncə “Wikileaks” saytı Hillari Klintonun ABŞ-ın dövlət katibi işlədiyi dövrdə şəxsi elektron poçtundan məxfi məlumatları göndərməsini əks etdirən sənədləri yayıb. Hillari Klinton isə iddia edib ki, həmin sənədləri Culian Assanca Rusiya kəşfiyyatı ötürüb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR