Elxan "onluğ"a qayıtdı, Turaldan 29 pilləlik sıçrayış

Elxan "onluğ"a qayıtdı, Turaldan 29 pilləlik sıçrayış
14:37 3 Noyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Abu-Dabidə keçirilən Qran-pri turnirinin yekununa əsasən tərtib edilən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yarışda çempion adını qazanan Elxan Məmmədov yenidən "onluğ"a qayıdıb. 100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 11 pillə irəliləməklə, 8-ci yerə yüksəlib. Rio-2016-da olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində də gümüş medal qazanan Rüstəm Orucov (73 kq) da xal ehtiyatını artıraraq, birinci yerdəki mövqeyini möhkəmlədib. Reytinq xalını 3020-yə çatdıran cüdoçumuz ən yaxın izləyicisi Çanqrim Anla xal fərqini 440-a çatdırıb. Qran-pridən vətənə bürünc medalla qayıdan Tural Səfquliyev (90 kq) isə nə az, nə çox - 29 rəqibini qabaqlayıb. O, 50-ci yerə qalxıb.
 
Millimizin digər aparıcı cüdoçularına gəlincə, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 2-ci, 14-cü, 7-ci, 1-ci, 20-ci və 40-cıdır.
 
Həmyerlilərimizdən Tərlan Kərimovla (66 kq) Məmmədəli Mehdiyev (90 kq) isə geriləyiblər. Hərəyə 1 rəqibini özündən irəli buraxan təmsilçilərimiz müvafiq olaraq, 38-ci və 20-ci yerə eniblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR