Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda "Bayraq yürüşü" olacaq

Bakıda "Bayraq yürüşü" olacaq

Date: 3 November 2016 14:42

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçiriləcək.

Milli.Az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüş saat 11-də Dənizkənarı Milli Parkdan ("Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb Bayraq Meydanında yekunlaşacaq.

Milli.Az


Tags:  Bakıda Bayraq yürüşü olacaq

RƏYLƏR


Top news