Trampın oğlu: "ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var"

Trampın oğlu: "ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var"
14:57 3 Noyabr 2016
182 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp prezident seçkilərində Federal Təhqiqat Bürosunun apardığı istintaq işində adı hallanan namizədin (Hillari Klintonu nəzərdə tutur-red.) seçki marafonunda iştirakını yolverilməz hesab edir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Erik Tramp "Fox News"-a açıqlamasında bildirib.

"Bu, inanılmaz faktdır. Ölkəmizdə ona qarşı araşdırmaların aparıldığı və hətta cinayət işinin qaldırıla biləcəyi prezidentliyə namizəd var", - deyə Trampın oğlu qeyd edib.

O vurğulayıb ki, ABŞ cəmiyyətinə belə maneələr lazım deyil, çünki ölkə daxilində işsizlik problemi, səhiyyə, təhsil sistemində problemlər, eləcə də orduda ciddi nöqsanlar var.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərin noyabrın 8-də keçiriləcək. Prezidentlik uğrunda Donald Tramp və Hilari Klinton mübarizə aparırlar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR