Rusiya Baş Qərargahı: “Koalisiya qüvvələri dinc insanları qətlə yetirir”

Rusiya Baş Qərargahı: “Koalisiya qüvvələri dinc insanları qətlə yetirir”
15:03 3 Noyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraqın Mosul ərazisində dinc insanları qətlə yetirirlər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Sergey Rudskoy Moskvada keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

O deyib ki, ABŞ hərbi hava qüvvələrinin oktyabrın 26-da Mosul yaxınlığında keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir məktəb və ətrafda yerləşən onlarla ev yerlə yeksan edilib:

“Bundan əlavə, koalisiya qüvvələrinin Hələbi bombalaması nəticəsində isə 127 dinc sakin həlak olub. Biz ABŞ və onun müttəfiqlərini dinc insanlara qarşı bu cür hərbi əməliyyatları dayandırmağa çağırırıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR