FİFA-dan 2018 Mundalı üçün yeni qaydalar

FİFA-dan 2018 Mundalı üçün yeni qaydalar
15:05 3 Noyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Ali futbol qurumu FİFA DÇ-2018-in reqlamentində bəzi dəyişikliklər edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlarn bəzisi son Avropa çempionatında sınaqdan keçirilmişdi.

1.Yeni qaydalara əsasən, seçmə mərhələnin yekununda komandalar eyni xala malik olarsa, ilk olaraq top fərqinə baxılır. Əgər top fərqi də eyni olarsa, komandaların öz aralarında keçirdiyi oyunların nəticəsi əsas götürülür. Dəyişikliyə əsasən, bu halda da hər iki tərəf bərabər hüquqa malik olarsa, o zaman komandaların hesabındakı sarı vərərəqələrin sayı hesablanır və daha az vərəqəyə sahib olan komandaya üstünlük verilir.

2. Bundan sonra, hər bir milli komandanın forma komplektində adsız və nömrəsiz qapıçı geyim dəsti olmalıdır. FİFA bu addımı qapıçının zədələnməsi və ya meydandan qovulması zamanı komandada əvəzetmə limitinin dolması ilə əlaqələndirib. Belədə, çərçivəni qoruyacaq sahə oyunçularından biri məhz bu adsız və nömrəsiz formanı geyinəcək.

3. Yeni reqlamentə əsasən, artıq dünya çempionatının finalında federasiya prezidentinin mükafatı təqdim etməsi məcburi deyil. Bunu qurumda vitse-prezident və ya başqa yüksək vəzifədə çalışan nümayəndə də edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR