Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Deputatlar parlamentdə siqaret çəkirdilər, indi isə..."

"Deputatlar parlamentdə siqaret çəkirdilər, indi isə..."

Date: 3 November 2016 15:12

"İlk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Novruzəli Aslanov deyib. 

Deputat bildirib ki, siqaret qutularının cəlbedici olması bəzən insanları siqaret çəkməyə həvəsləndirir: "Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlb edirdi. Bu baxımdan siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır".

Millət vəkili Aydın Hüseynov isə çıxışı zamanı Milli Məclisin 1992-ci illərdəki dövrünü xatırladaraq, o zaman parlamentin plenar iclasında deputatların siqaret çəkdiyini deyib: "1992-ci ildə parlamentin plenar iclaslarında deputatlar siqaret çəkirdilər. Bu gün nə yaxşı ki, belə hal yoxdur".

Milli.Az


Tags:  Deputatlar parlamentdə siqaret çəkirdilər indi isə

RƏYLƏR


Top news