"Çovdarov dedi ki, sənə elə iynə vurduraram, ömür boyu..."

"Çovdarov dedi ki, sənə elə iynə vurduraram, ömür boyu..."
15:12 3 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun "MTN işi" çərçivəsində şahid qismində istintaqa ifadə verdiyi barədə və həmin ifadənin məzmunu ilə bağlı mətbuatda ilkin məlumat yayılıb.

Milli.Az xəbər verir ki, lent.az generalın istintaqa verdiyi ifadənin tam mətnini əldə edib. H.Əsədov ifadəsində 2004-cü ildə MTN-də işə başladığını, nazirlikdə ilk vəzifəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olduğunu qeyd edib. Bundan təqribən 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edilib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib.

Hilal Əsədov ifadəsində bildirir ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.

İttiham aktında göstərilir ki, sabiq nazir müavini əhali arasında "Vosmoy bazarı" kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.

H. Əsədov ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib:

"Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Ç.Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu".

Hilal Əsədov ifadəsində bildirib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər:

"Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdilər. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi. Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi".

Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını deyib: "Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb".

Hilal Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: "Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qaynatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qaynatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qaynatam tərəfindən aparılıb. Bazar qaynatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldu. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qaynatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi".

Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.

Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.

Zərərçəkən danışır: "Sonra digər qardaşım Cəfər Səfərova zəng vuraraq qardaşının saxlanıldığını, birbaşa nazirliyə gəlməyi deyiblər. Hətta qardaşımın indi harada olduğunu da telefonla ona deyiblər, izləndiyi barədə xəbərdarlıq ediblər. Hər iki qardaşım gecə saat 12-dək Akif Çovdarovun kabinetində işgəncələrə məruz qalmışdı. Onları bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad etmişdilər".

Şikayətçinin sözlərinə görə, qardaşlarının MTN-ə aparılmasından bir gün sonra - dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb və nazirin 500 min manatla razılaşmadığını bildirib: "Dedi ki, nazir pula razı deyil, bazarın onlara verilməsini tələb edir. Həmin gün Cəfərə o qədər işgəncələr verilmişdi ki, Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qaldı".

S.Səfərovun dediyinə görə, onlar bazarı "Bank of Baku"da girov qoyaraq 125 min manat kredit götürmüşdülər. Həmin vəsaiti bazarın abadlaşdırmasına, anbarlar tikilməsinə xərcləmişdilər.

Səfərovun danışdıqlarından: "Banka 70 min manata qədər borcumuz qalmışdı. Akif Çovdarovla banka getdik, pulu ödəyib bazarın sənədlərini götürdük. Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxladı, bazarın girovluqdan çıxdığını təsdiq edən sənəd istədi. Həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov qardaşımı özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə aldı. Bundan sonra bazara Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başladı".

S.Səfərov deyir ki, bazarı onların əlindən alandan sonra səhmlərini MTN-in rəhbərliyində yer alan şəxslər arasında bölüşdürüblər. Sahibkar o vaxt Akif Çovdarovun quldurluq əməlləri ilə bağlı nazir Eldar Mahmudova və digər qurumlara onlarla teleqram, şikayət göndərdiyini deyir. Ancaq bu şikayətlərin heç bir nəticəsi olmur, əksinə, onu və qardaşlarını MTN-ə çağıraraq hədələyirlər.

"Hər dəfə teleqram vuranda Çovdarov məni və qardaşım Cəfəri nazirliyə çağırırdı. Çünki Akif Çovdarovdan haraya şikayət yazırdımsa, onları MTN-ə göndərirdilər. Elə bil, bütün nazirliklərdə Çovdarovun adamları vardı. Çovdarov məni çağıraraq dedi ki, sənə elə iynə vurduraram, ömür boyu iflic qalarsan, maşınından tank tapılar və heç kim də heç nə sübut edə bilməz. Deyirdi, Allaha dua edin ki, evinizi də əlinizdən almıram, gedin başqa işdə çalışın", -Səfərov danışır.

Şikayətçi deyir ki, Eldar Mahmudov nazir postundan azad edilən gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra onu ifadə vermək üçün Baş Prokurorluğa çağırıblar.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başladı

01 May 2017 10:19

Qanamanı 10 saniyədə dayandırır

01 May 2017 10:19

Azərbaycanlı xoreoqraf "Eurovision" təmsilçimiz üçün MÖHTƏŞƏM SƏHNƏ ŞOUSU hazırladı - VİDEO/FOTO

01 May 2017 10:18

Aktrisa doğum günündə o qədər içdi ki, ayaq üstə dayana bilmədi - FOTO

01 May 2017 10:17

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib

01 May 2017 10:17

Təyyarə hava burulğanına düşdü

01 May 2017 10:16

Şəkidə meşədə qətl - Qaynını güllələdi

01 May 2017 10:15

İslam Oyunları vaxtı bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

01 May 2017 10:14

Bu gündən ictimai nəqliyyatdan istifadə PULSUZDUR - FOTO

01 May 2017 10:13

Xoşqədəm məğlub oldu - VİDEO

01 May 2017 10:12

"Malaqa" "Sevilya"ya qarşı

01 May 2017 10:12

Bakıda görünməmiş fırıldaq - Taxta soxurlar ki... - FOTO

01 May 2017 10:12

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

01 May 2017 10:12

Məşhur müğənninin əməliyyatdan əvvəlki halı - FOTO

01 May 2017 10:12

"Sarı zolaq"laq bu gündən yoxsa mayın 5-dən keçərlidir...?

01 May 2017 10:12

Pirallahıda 2 nəfər maşının altında qalıb öldü

01 May 2017 10:09

ŞOK AİLƏ DRAMI – Qardaşlarını və onların həyat yoldaşlarını öldürdü – FOTOLAR

01 May 2017 10:08

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

01 May 2017 10:08

“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır

01 May 2017 10:07

Macarıstan XİN-in mədəniyyət məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

01 May 2017 10:07

Azərbaycanda yüksək vəzifəli şəxsin səhhəti pisləşdi

01 May 2017 10:06

"Bursaspor" "Qalatasaray"ı qəbul edir

01 May 2017 10:05

Bakıda 20 yaşlı motosikletçi faciəvi şəkildə öldü

01 May 2017 10:04

ATV-nin yayımı dayandırıldı - SƏBƏB

01 May 2017 10:03

Xızıda 14 yaşlı yeniyetmə özünü asaraq intihar edib

01 May 2017 10:02

SABAH qruplarının tələbələri Azercell-də təcrübə keçəcək

01 May 2017 10:01

İzzət Kərbəlaya getdi - VİDEO

01 May 2017 09:57

Politoloq: "Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək"

01 May 2017 09:57

May ayının ilk günündə manatın MƏZƏNNƏSİ

01 May 2017 09:57

"Arsenal"-dan növbəti məğlubiyyət

01 May 2017 09:55

Amerika Ermənistanı bombalaya bilər – QİSAS SSENARİSİ

01 May 2017 09:53

Bakıda motosiklet qəza törədib, 1 nəfər ölüb

01 May 2017 09:52

Bakıda avtomobillə vurulan piyada öldü

01 May 2017 09:52

Yeznə qaynını güllələdi - ŞƏKİDƏ

01 May 2017 09:48

Dəniz Çakırdan OLAY yaradan dekolte - FOTOLAR

01 May 2017 09:48

Azərbaycan və Türkiyə qarşılıqlı ticarətdə dollardan imtina edir

01 May 2017 09:47

"Yuventus" xal itirdi, "Roma" uduzdu, "Napoli"dən qələbə

01 May 2017 09:47

Bakıda rus qadını öldürüldü

01 May 2017 09:47

Yeznə qaynını qətlə yetirdi - Şəkidə

01 May 2017 09:44

Ərdoğanın ayaqları altına gül səpildi

01 May 2017 09:44

Rusiyanın təyyarəsi hava burulğanına düşdü - Sərnişinlər "sınıq-sınıq oldu"

01 May 2017 09:43

Məhkum özünü asdı - BAKIDA

01 May 2017 09:42

"Muradı tanıdıqca, daha çox sevirəm"

01 May 2017 09:42

Neft ucuzlaşıb

01 May 2017 09:42

Abşeronda toydan qayıdan gənc bıçaqlanıb

01 May 2017 09:42

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

01 May 2017 09:38

Braziliya, Uruqvay və Argentina ittifaq bağladı

01 May 2017 09:38

Dollar sabit qaldı

01 May 2017 09:38

Azərbaycan İstilik Elektrik Stansiyasının aktivləri cüzi azalıb

01 May 2017 09:37

Cəbhədən XƏBƏR VAR

01 May 2017 09:37