Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan filmi “Ən yaxşı bədii film” oldu

Azərbaycan filmi “Ən yaxşı bədii film” oldu

Date: 3 November 2016 15:16

“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, forum Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Gökhan Ceylan, yaradıcı prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (Adari films).

Ekran əsərində baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırıblar.

Qeyd edək ki, “Yuxarıda və aşağıda” filminin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında baş tutub.

 


Tags:  Azərbaycan filmi Ən bədii film oldu


RƏYLƏR


Top news