26 il öncə atdığı oğluna böyrəyini verdi

26 il öncə atdığı oğluna böyrəyini verdi
15:26 3 Noyabr 2016
72 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə film kimi bir hadisə baş verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 26 il öncə atdığı uşağa atası öz böyrəyini verib. Belə ki, Kerim Keskin adlı bir kişi birinci nikahından dünyaya gələn Ümit Ayazı bir yaşı olmamış anasının üstünə atıb gedib.

Daha sonra anası tərəfindən də uşaqlar evinə atılan Ümiti başqa bir ailə götürüb saxlayıb. 26 ildən sonra valideynlərinin ögey olduğunu öyrənən oğlan öz doğma ana və atasının axtarışına çıxıb.
 
Qaziantepdən Orduya gələn gənc oğlan burada doğma valideynlərinin ikinci dəfə ailə qurduğunu öyrənib.

Atası isə Ümiti 26 il sonra qarşısında görəndə şok olub. Oğlunun 4 ildir böyrək çatışmamazlığından əziyyət çəkdiyini bilən ata ona öz böyrəyini vermək qərarına gəlib.

“Mən 26 il öncə oğlumu itirdim, daha itirmək istəmirəm”, - deyə ata bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR