Bakı caz festivalı "Euronews"da - video

Bakı caz festivalı "Euronews"da - video
15:26 3 Noyabr 2016
30 Şou
Ölkə mətbuatı
A- A+

"Bakı payız günlərində ümumdünya caz mərkəzinə çevrilib. Azərbaycan paytaxtında ənənəvi caz musiqi festivalı keçirilir".

Bu barədə "Euronews" telekanalının süjetində deyilir. Süjetdə qeyd olunur ki, builki festivalın proqramında 70-dən çox konsert yer alıb. Burada yerli musiqiçlərlə yanaşı, dünya şöhrətli ifaçılar da iştirak ediblər.

Süjetdə Azərbaycanın caz tarixinə də nəzər yetirilib. Qeyd olunur ki, Bakıda caz hələ İkinci Dünya müharibəsindən əvvəl - 1938-ci ildə yaranıb. İndi bu ənənəni Rain Sultanov və İsfar Sarabski kimi musiqiçilər davam etdirir.

Bu festivalda kiçik yaşlı musiqiçilər də iştirak ediblər. Onlar üçün xüsusi olaraq “Kids Jazz” (Uşaqlar üçün caz) proqramı təşkil olunub.

Bu proqram çərçivəsində 10 yaşlı saksafon ifaçısı Ləman Qasımova da yer alıb. O, üç ildir saksafonda ifa etdiyini deyir və peşəkar musiqiçi olmağı arzulayır.

Trend


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR