Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa çıxdı- MƏHKƏMƏDƏN

Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa çıxdı- MƏHKƏMƏDƏN

Date: 3 November 2016 15:54

Dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə N.Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, azadlığa buraxılıb.

Qeyd edək ki, sahibkar olan N.Əfəndiyev Qəbələ rayonunda icarəyə əkin əkmək üçün torpaq sahələri götürüb. Lakin həmin şəxs torpaq sahiblərinə ümumilikdə 20 min manat pul verməkdən boyun qaçırıb. Bundan narazı qalan zərərçəkmişlər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən saxlanılan N.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.


Tags:  Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa çıxdı- MƏHKƏMƏDƏN


RƏYLƏR


Top news