Aşıq Namiq: “Sevgi etirafı gəlir”

Aşıq Namiq: “Sevgi etirafı gəlir”
16:23 3 Noyabr 2016
281 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Namiq Fərhadoğlu yeni “Sənin ulduzun” yarışmasından danışıb.

Publika.az xəbər verir ki, müsabiqənin layihə rəhbəri bildirib ki, yarış tam istədiyi kimi alınıb: “Sənin ulduzun” layihəsi üzərində çox düşünmüşdüm. Yaxşı ki, həyata keçirməyə qərar vermişəm. Münsiflərimiz ölkənin tanınmış, öz sənətində sözünü demiş şəxslərdir. Ekspert kürsüsündə daim xalq və əməkdar artistlər əyləşəcək. İstedadsız, sırf nəyinsə hesabına populyar olan insan bizim münsif ola bilməz. Keçən veriliş də xalq artisti Teymur Mustafayev, əməkdar artist Cavanşir Məmmədov mənimlə birlikdə münsif kimi iştirak etdi. Müsabiqənin iştirakçılarının çoxu da tanınmamış ifaçılardır. Onlar arasında çox istedadlı ifaçılar var. İstedadlı olsalar da, onlara tanınmaq üçün şans yaradılmayıb. İştirakçılar münsiflərin sözlərini diqqətlə dinləyir, iradlarını nəzərə alıb çatışmazlıqlarını düzəldirlər. Bizim bir amalımız da tanınmamış istedadlıları üzə çıxarmaqdır. Çəkilişlər də maraqlı və əyləncəli keçir. Ötən həftə Canan adlı iştirakçıya tanımadığı şəxsdən 101 qızılgül dəsti gəldi. İştirakçı xanım çox təəccübləndi. Bir iştirakçımıza da sevgi etirafları edilir. Deməli, artıq onları tanıyıb, sevən tamaşaçılar var. İstəyirəm ki, iştirakçılar arasında birinciliyə layiq olan qazansın. Qalib maşınla yanaşı mənim dəstəyimi də qazanacaq”.

Qeyd edək ki, “Sənin ulduzun” həftənin şənbə günü saat 22:00-da “Dünya TV”-də yayımlanır.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR